Almaniya Bundestaqı qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
Trend-in məlumatına görə, sənəd Bundestaqın bir neçə fraksiyası tərəfindən "101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı haqqında" adı ilə təqdim edilib.
Sənəd böyük səs çoxluğu ilə qəbul edilib. Yalnız bir deputat qətnamənin əleyhinə çıxış edib, bir deputat isə bitərəf qalıb. Səsvermədə Ermənistanın və Türkiyənin Almaniyadakı səfirləri də iştirak ediblər.
Buna cavab olaraq, Türkiyə Almaniyadakı səfirini geri çağırıb.
Mənbə: Trend.Az