Qadin.NET / Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib
Ötən illərdən fərqli olaraq, müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq.

 

Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

 

Qeyd edək ki, iyunun 1-dən Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.

Mənbə: APA.Az

2 iyun 2016
GO BACK