Qadin.NET / İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham edib

İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham edib

İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham edib
“Səudiyyə Ərəbistanı Allah evinin zəvvarları arasında ayrı-seçkilik yaratması və iranlı zəvvarların həccə getməsinə maneələr yaratmasına görə ağır bədəl ödəməlidir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ovhədi deyib. O bildirib ki, İran hər zaman həcc məsələsini siyasi problemlərdən ayrı tutmağa çalışıb, lakin Səudiyyə Ərəbistanı heç vaxt bu məsələləri bir-birindən ayıra bilməyib: “Onlar əxlaqsızlıq etməklə və həcc məsələsi ilə bağlı müzakirələri 5 ay gecikdirməklə göstərdilər ki, həcci siyasi məsələlərlə əlaqələndirirlər”.

 

S. Ovhədi əlavə edib ki, Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyinin müdaxiləsi ilə iranlı zəvvarların bu il həccə getməsinin qarşısı alınıb: “Zəvvarların məskunlaşdığı yerlərdə milli bayraqdan istifadənin qadağan olunması yalnız İrana qarşı tətbiq olunur. Bu, iki ölkə arasında fikir ayrılığı yaradan məsələlərdən biri idi. Eləcə də, Həcc və Ziyarət Təşkilatının orada tibb mərkəzləri yaratması və zəvvarların özləri ilə dərman aparmasının qadağan edilməsi kimi məsələlər də iranlı zəvvarların həccə getməsini əngəllədi”. 


S. Ovhədinin sözlərinə görə, hökumət zəvvarların hüquqlarının bərpasına çalışır və gələn il iranlılar üçün həcc ziyarəti bərpa olunacaq: “Builki həcc kvotamızı da biz gələn il həccə göndərəcəyik”. 

Mənbə: APA.Az

 

2 iyun 2016
GO BACK