Qadin.NET / Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər

Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər

Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər
İyunun 3-də Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfəri zamanı Ankara və Bakı TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi kimi energetika sahəsində bir sıra vacib məsələləri müzakirə edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə B.Yıldırım deyib.

Onun sözlərinə görə, səfər zamanı Cənubi Qafqazdakı vəziyyət və ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək: "Azərbaycan Türkiyə üçün qardaş dövlətdir".

Mənbə: Trend.Az

2 iyun 2016
GO BACK