Qadin.NET / Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında

Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında

Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında
Azərbaycan dünyada ən çox siqaret çəkilən ölkələrdən biridir. ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələri arasında apardığı araşdırmadan sonra dünyanın ən çox və ən az siqaret çəkən ölkələrinin siyahısını hazırlayıb. 

 

Qurumun açıqlamasına əsasən, spirtli içkilərin istehlakında olduğu kimi, tütün məhsullardan istifadədə də Şərqi Avropa ölkələri liderdir. 

 

Ən çox siqaret çəkilən 20 ölkə arasında ölkəmiz 13-cü yerdə bərqərar olub. Siyahıya Monteneqro liderlik edir. Burada ölkənin hər bir yaşlı vətəndaşının payına ildə 4124 siqaret düşür. Statistikaya əsasən, ilk beşliyə Belarus, Livan, Makedoniya və Rusiya daxildir.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qvineya prezidenti çox şad olmalıdır, çünki o, ən az siqaret çəkilən ölkəyə rəhbərlik edir. Qvineyadan başqa ən az siqaret çəkən ölkələrə Solomon adaları, Kribati, Ruanda, Samoadır. 

 

Tütünə görə Şərqi Avropadan asılı olan ölkələr Livan, Çin, Yunanıstan, Türkiyə, Xorvatiya və İtaliyadır. 

Mənbə: ANS PRESS

 

2 iyun 2016
GO BACK