Qadin.NET / Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər

Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər

Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər
Azərbaycanın təbii qaz hasilatını illik 40 milyard kubmetrə çatdırmaq imkanı var. Bu fikirləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda öz işinə başlayan beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında səsləndirib.SOCAR-ın prezidenti deyib ki, ötən 10 ildə Azərbaycanın təbii qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 milyard kubmetrə çatdırılıb. SOCAR-ın “Azneft” İstehsalat Birliyi indiyədək 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq.R.Abdullayev bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə ümumilikdə 41 milyard dollar investisiya yatırılıb. 2024-cü ilədək AÇG-dən 5 milyard barel neftin hasil olunması nəzərdə tutulur.

 

"Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqları blokunun işlənməsinə yatırılan vəsaitin həcmi 41 milyard dollardan artıq olub.

 

Bundan başqa, neftvermə əmsalının artırılması ilə 4 milyard barel əlavə neftin hasil edilməsi planlaşdırılır.

Mənbə: ANSPRESS

2 iyun 2016
GO BACK