Qadin.NET / Azneft dairəsində daha bir dairə yaradılır

Azneft dairəsində daha bir dairə yaradılır

 

 

Bakıda iyunun 17-19-da keçiriləcək Formula 1 Avropa Qran-Prisi ilə əlaqədar hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı, trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılır. Sonuncu tribunanın - Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək.

 

ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumatda bildirilir.Məlumata görə, tribunanın quraşdırılması ilə bağlı iyunun 1-dən 2-ə keçən gecə saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Belə ki, Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.İyunun 14-21-də Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.Formula 1 Avropa Qran Prisinə 19 günün qaldığı bir ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in builki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir.

 

Mənbə: ANS PRESS

2 iyun 2016
GO BACK