Qadin.NET / Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

 

 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib.

 

Onun sözlərinə görə, görüş iyunun 2-də Parisdə baş tutacaq. 

 

Bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası ilə bağlı məsələlər müzakirə edəcək.

Mənbə: APA.Az

2 iyun 2016
GO BACK