Trend-in məlumatına görə, Eturbonews.com saytında dərc olunan məqalədə deyilir ki, dünya üzrə milyonlarla azarkeş televizor ekranları qarşısında Bakının tarixi mərkəzinin gözəlliyini görə biləcəklər.
Qarşıdakı Qran-prinin rəsmi səfiri olan Fernando Alonsonun sözlərinə görə, Bakıda keçiriləcək yarış heyrətamiz yol və maraqlı teleşou kimi iki vacib faktoru özündə birləşdirir: "Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə yolunda saatda 300 kilometdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və qeyri-adi şou olacaq".
Mənbə: Trend.Az