Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacaq.
İyunun 2-də Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Mənbə: APA.Az