Qadin.NET / Komitə sədri: “Azərbaycanda uşaq hüquqları müdafiə sistemi yaradılsa da, görülməli işlər çoxdur”

Komitə sədri: “Azərbaycanda uşaq hüquqları müdafiə sistemi yaradılsa da, görülməli işlər çoxdur”

Komitə sədri: “Azərbaycanda uşaq hüquqları müdafiə sistemi yaradılsa da, görülməli işlər çoxdur”
"Azərbaycanda dövlət qurumlarının bir-biri ilə həmrəy olması nəticəsində uşaq hüquqları müdafiə sistemi yaradılıb, amma yenə də görülməli işlər çoxdur". 

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova deyib.
Onun sözlərinə görə, dünyada uşaq hüquqlarının müdafiəsi sahəsində uğurlar əldə edilsə də, bir çox ölkələrdə bu məsələ ilə bağlı problem qalmaqdadır.

Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların təhsildən yayınması, erkən nikaha cəlb olunması, zorakılıq hallarının sayının daha da azaldılmasına, Ailə Dəstək Mərkəzlərinin işinin daha da gücləndirilməsinə nail olmaq nəzərdə tutulur: "İctimaiyyətin mövqeyi daha da gücləndirilməlidir ki, insanların problemlərə biganəliyi olmasın. Uşağın böyüdüyü əsas mühit ailədir, ona görə də biz çalışmalıyıq ki, ailə ənənələrinin güclənməsi daha da sürətlə getsin". 

Mənbə: APA.Az

 

1 iyun 2016
GO BACK