Yeni mövsümün ilk günündə neftin qiymətlərində tərəddüdlər müşahidə olunur. "Bloomberg"ə istinadla verilən məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 49.69 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin isə qiyməti 14 sent artaraq - 48.16 dollar olub. "AzərTAc"a istinadən verilən məlumata görə, "AzəriLayt" markalı neftin qiyməti azalıb. Bir barreli 50.87 dollara satılıb.Qiymətli metalların qiymətləri bahalaşıb. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti 25 sent qalxaraq 39.25 dollar olub. Platinin bir qramının qiyməti də artaraq 31.52 dollar olub. Palladiumun da qramı 55 sent artaraq 17.67 dollara çatıb. Gümüşün qiyməti isə dəyişməyib, qramı 0.52 dollara satılıb.
Mənbə: ANS PRESS