ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Avropaya, o cümlədən Fransada keçirilən futbol üzrə Avropa çempionatına terror təhlükəsinə ilə əlaqədar səfər etməməyi tövsiyyə edib.
Milli.Az Oxu.Az-a istinadən bildirir ki, bu barədə mayın 31-də qurumun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Stadionlar, fan-zonalar və Avropa çempionatına aid olmayan digər meydançalar terrorçuların potensial hədəfləridir", - məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.
Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.
Mənbə: Milli.Az