APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Qanunun hazırlanmasında əsas məqsəd odur ki, pensiyalar yığılmış kapital üzərində formalaşsın. Yəni hər kəs zəhmətinə uyğun olaraq layiqli pensiya ala bilsin", - deyə nazir qeyd edib.
Diplomatların pensiyalarının artırılması ilə bağlı təkliflərə gəldikdə, nazir qeyd edib ki, bu məsələyə baxıla bilər: "Bir neçə il əvvəl pensiyaların hesablanması üçün qaydaları Xarici İşlər Nazirliyinə təqdim etmişik. Təkliflər qəbul olunarsa, bu, diplomatların xeyrinə olar. Amma bu günə qədər XİN tərəfindən məsələyə reaksiya verilməyib".
Mənbə: APA.Az