Qadin.NET / Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər

Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər

Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər


Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

 APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbihava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.


Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.
 

Təlim iyunun 10-dək davam edəcək.

Mənbə: APA.Az

31 may 2016
GO BACK