Qadin.NET / Rekord qiymətə qadın çantası

Rekord qiymətə qadın çantası

 Rekord qiymətə qadın çantası
Honkonqda qadın çantası 300 min dollara satılıb. ANS PRESS-in məlumatına görə, bu barədə "Christie's" hərrac evi məlumat yayıb. Brilyantlarla bəzədilən əl çantası Fransız moda evi "Hermes"in məhsulu olub. 

"Himalaya Niloticus Crocodile Diamond Birkin" model çanta timsah dərisindən hazırlanıb. Çantanın üzəri isə ağ qızıl və 18 karatlıq brilyant daşlarla bəzədilib. Çantanın sahibi hərraca telefonla qatılaraq ona sahib olub. Onun adı açıqlanmır. Düzdür, ekspertlər 2008-ci ildə hazırlanan bu nadir çantanın baha satılacağını proqnozlaşdırıblar. Lakin bu qədər yox...

"Bu hərraclarda qadın çantasına verilən ən yüksək məbləğdir", - deyə "France Press" agentliyinə hərrac evindən bildiriblər. 

Maraqlıdır ki, bundan öncəki rekord da "Hermes"ə aiddir. Timsah dərisindən, qızıl elementləri olan çanta da ötən ilin iyun ayında satılıb. Adı açıqlanmayan alıcı ona  221 min dollar pul ödəmişdi. 

Mənbə: ANS PRESS

 

31 may 2016
GO BACK