Qadin.NET / "Qarabağ" Salvador millisinin üzvünü istəyir

"Qarabağ" Salvador millisinin üzvünü istəyir

 

"Qarabağ" Salvador millisinin üzvünü istəyir

"Qarabağ"ın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Ağdam klubu Nelson Bonillanıistəyir. Salvador yığmasının üzvü 2015/16 "Zirə"də keçirən Bonilla Bakı klubu ilə müqaviləsinin müddətini bir il artırıb. Buna baxmayaraq, komandanı tərk edə bilər. Ona Azərbaycandan və xaricdən sərfəli təkliflər var. Bonillanı istəyən klub isə mövsümü "qızıl dubl"la başa vurmuş "Qarabağ"dı.Hazırda Salvador yığmasının düşərgəsində olan futbolçu hələ qərar verməyib. Bonillanı istəyən xarici klublardan biri Serbiya "Partizan"ıdı. Salvadorlu futbolçu 2015/16 mövsümündə Premyer Liqada keçirdiyi 29 oyunda 14 qol vuraraq bombardirlər yarışında ikinci olub.

 

 

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqiblərinin adlarına aydınlıq gəlib. Bütün rəqiblər dünən Moldovada "Şerif"in finalda "Daçiya"ya 1:0 qalib gəlib çempion olması ilə müəyyənləşib. Komandamız yenə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Yenə "Qarabağ"ın"səpələnmişlər" səbətində yer alması Ağdam komandasına ilk turdaca asan rəqibin düşəcəyindən xəbər verir.

Mənbə: ANS PRESS

31 may 2016
GO BACK