Qadin.NET / Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi

Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi

 

Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi

Türkiyənin məşhur aktrisası Beren Saat Səudiyyə Ərəbistanının “ən yaxşı aktrisası” adına layiq görülüb. ANS PRESS-in məlumatına görə, 16-cı dəfə keçirilən “Murex D’or” mükafatlandırma mərasimində ilin ən yaxşılarının adları açıqlanıb."İlin ən yaxşı aktyoru " isə Murat Yıldırım seçilib. Mükafatlandırma mərasimini ölkənin birinci kanalı canlı yayımlayıb. 

 

 

Son illər türk sənət adamları ərəb dünyasını fəth etməyə başlayıb. Türk teleserialları Səudiyyə Ərəbistanında da yayımlanır. Aktyorların populyarlığı bu ölkədə artır. Tanınmış aktrisa Beren Saat ötən ilin dekabr ayından etibarən "Muhteşem Yüzyıl Kösem" serialında çəkilməyə başlayıb. O, serialda baş rolu - Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Tsilimpiunu əvəz edir. O, dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub. 

 

Beren Saat türkiyəli məşhur pop ifaçısı Kənan Doğulunun həyat yoldaşıdır. Cütlüyün toy mərasimi 2014-cü ilin iyulunda ABŞ-da baş tutub.

Mənbə: ANS PRESS

31 may 2016
GO BACK