Ufa şəhərində 18-ci “Ural Mono-2016” Türk gənclərinin mahnı müsabiqə-festivalı başlayıb. ANS PRESS-in məlumatına görə, müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı öz məharətini göstərəcək.Azərbaycanı bu müsabiqədə vokalist Nicat Rəhimov, çalğıçılar Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil edir. Festival Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xalq Yaradıcılığı Evinin dəstəyi ilə "Rusiya Mədəniyyəti" federal məqsədli proqram çərçivəsində keçirilir.İdrak Camalbəyli.
Ufa şəhərində 18-ci “Ural Mono-2016” Türk gənclərinin mahnı müsabiqə-festivalı başlayıb. ANS PRESS-in məlumatına görə, müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı öz məharətini göstərəcək.
"5 türkdilli ölkə öz məharətini göstərəcək"
Azərbaycanı bu müsabiqədə vokalist Nicat Rəhimov, çalğıçılar Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil edir. Festival Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xalq Yaradıcılığı Evinin dəstəyi ilə "Rusiya Mədəniyyəti" federal məqsədli proqram çərçivəsində keçirilir.
Münsiflər heyətinin tərkibinə sədr Ural İdelbaev (Başqırdıstan), münsiflər heyətinin üzvləri - Azamat Mukatov (Qazaxıstan), İsmət Zaatov (Krım), qırğızıstanlı aktrisa Ayçerik İmanalieva, Azamat Mukatov (Qırğızıstan), Mənsur Taşmatov (Özbəkistan), məşhur Azərbaycan müğənnisi Roza Zərgərli və başqaları daxil edilib.
Festivalın əsas məqsədi türk gənclərinin müasir milli-musiqili yaradıcılığının təbliği, türk xalqlarının milli adət-ənənələrinin qorunub saxlanılması, türk xalqları arasında mədəni əlaqələrin inkişafıdır.
Mənbə: ANS PRESS