Qadin.NET / Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb

Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb

 

Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb

Ötən gün Suriyanın İdlib şəhərinə azı 7 hava zərbəsi endirilib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya insan hüquqları müşahidə mərkəzi xəbər verib.

 

 

Bildirilir ki, hava zərbələri nəticəsində ölən və xəsarət alanların sayı 150 nəfəri ötüb.

 

Suriya insan hüquqları müşahidə mərkəzinin ehtimalına görə, şəhəri Rusiyaya məxsus hərbi təyyarələr bombardman edib.

 

“Anadolu” agentliyinin məlumatına əsasən, İdlibdə hava hücumları nəticəsində 23 dinc sakin ölüb, 35-i yaralanıb. 

Mənbə: APA.Az

31 may 2016
GO BACK