İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 2-də Latviyaya səfər edəcək.APA-nın xəbərinə görə, bu barədə Latviya XİN-in məlumatında deyilir.
Məhəmməd Cavad Zərif ölkə rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək və Latviya-İran işgüzar forumunun açılışında iştirak edəcək.
Səfər çərçivəsində İran XİN rəhbəri Latviya prezidenti Raymond Veyonis, parlamentin spikeri İnara Murniyets, latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşəcək. Həmçinin iki ölkə XİN-i arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.
Qeyd edək ki, bu İran İslam Respublikası xarici işlər nazirinin Latviyaya ilk səfəridir. Latviya XİN rəhbəri E.Rinkeviçsin isə İrana ilk səfəri 2014-cü ildə baş tutub.
Mənbə: APA.Az