Qadin.NET / Türkiyə prezidenti Uqanda və Keniyaya səfər edəcək

Türkiyə prezidenti Uqanda və Keniyaya səfər edəcək

 

Türkiyə prezidenti Uqanda və Keniyaya səfər edəcək

 İyunun 1-2-də Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanUqanda və Keniyaya rəsmi  səfər edəcək.APA-nın xəbərinə görə, bu barədə dövlət başçısının administrasiyası xəbər verib.

 

 

Məlumata əsasən, bu, tarixdə Türkiyə dövlət başçısının Uqandaya etdiyi ilk səfərdir. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Uqanda prezidenti Yoveri Museveni ilə görüşəcək. İyunun 2-də Keniyaya yollanan Türkiyə prezidenti bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək. 

Mənbə: APA.Az

31 may 2016
GO BACK