Qadin.NET / Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub

Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub

 

Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub

 Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub.

 

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km  təşkil edən “Musudan” ballistik raketi olduğu ehtimal edilir.

 

Sınaq yerli vaxtla saat 05:20-də Kanvondo əyalətinin Vonsan şəhəri yaxınlığında həyata keçirilib. Qeyd olunur ki, aprelin 15-i və 28-də eyni raketin sınağı uğursuz alınıb.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna səbəb Şimali Koreyanın fevralda nüvə sınaqları keçirməsi və ballistik raketlərin buraxılışı olub. 

 

Mənbə: APA.Az

31 may 2016
GO BACK