Qadin.NET / Bakı idman şəhərləri arasında liderlik edir

Bakı idman şəhərləri arasında liderlik edir

 

Bakı idman şəhərləri arasında liderlik edir

Bakı bu ilin 3 ən populyar idman şəhərindən biridir. ANS PRESS-in məlumatına görə, Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib.

 

Məlum olub ki, bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub. Adıçəkilən şəhərlərdə bu il Avro-2016, Formula 1 yarışları  və Olimpiada-2016 keçiriləcək. Servisin kommunikasiyalar üzrə direktoru Yakov Sadçikov bildirib ki, yay üçün rus turistlər artıq bu şəhərlərə bir həftəlik biletlər sifariş veriblər. Onlar həmin şəhərlərə təkcə yarışlara baxmağa deyil, eyni zamanda dəniz kənarında istirahət etməyə gedəcəklər.

İyunun 10-dan iyulun 10-dək Fransada futbol üzrə 15-ci Avropa Çempionatı keçiriləcək. Avro-2016 UEFA turnirinin qrup mərhələsində Rusiya yığması iyunun 10-da Marseldə İngiltərə yığmasına qarşı, iyunun 15-də LillŞəhərində Slovakiya yığmasına qarşı, Tuluzada iyunun 20-də Uels yığmasına qarşı oynayacaq.

UEFA-nın rəsmi saytında Rusiya yığmasının Slovakiyaya qarşı oyununa bilet var. Bilet 105, 110 və 145 avrodur.İyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran Prisi keçiriləcək. "Formula-1"in Bakı mərhələsinə 10 mindən çox xarici turistin gələcəyi gözlənilir.

İyunun 17-dən 19-dək Bakının mərkəzində qalmaq sutkada minimum 40 dollara başa gələcək. "Formula-1" Avropa Qran Prisinə 3 günlük giriş biletinin qiyməti isə 200 dollardan başlayacaq.Olimpiya oyunları isə avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Olimpiada-2016-da 200-dən çox ölkədən 10 min idmançı iştirak edəcək. Oyunlarda idmançıların 300 dəst medal udmaq şansı olacaq. Rusiya yığma komandasının medal qazanan idmançıların sayına görə ilk üçlükdə qərarlaşacağı gözlənilir.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK