Qadin.NET / Türkiyə çempionu İngiltərə klubuna keçir

Türkiyə çempionu İngiltərə klubuna keçir

 

Türkiyə çempionu İngiltərə klubuna keçir

Türkiyə yığmasının və “Beşiktaş” klubunun yarımmüdafiəçisi Gökhan Töre İngiltərə çempionatına keçir. ANS PRESS-in məlumatına görə, futbolçunun “Vest Hem” ilə anlaşdığı iddia olunub. Törenin transfer qiyməti təxminən 18 milyon avro olub.

 

Futbolçunun “Vest Hem”ə keçməsinin iyunun 1-də rəsmən açıqlanacağı gözlənilir. İngilis klubunun baş məşqçisi Slaven Biliç Töreni əvvəl də komandasına daxil etmək istəyib. Biliç əvvəl “Beşiktaş”ın baş məşqçisi olduğu üçün türk futbolçunu yaxşı tanıyır. Bu, Gökhan Törenin ingilis klubunda ilk çıxışı olmayacaq. 24 yaşlı futbolçu  2009-cu ildə “Çelsi”nin gənclərdən ibarət komandasına keçib. Lakin Gökhan “Çelsi”də uğursuz çıxış edərək əsas komandaya daxil ola bilməyib.Gökhan Töre Almaniyanın Köln şəhərində dünyaya gəlib. Futbolçu Almaniya klublarında karyerasına başlasa da Türkiyə millisini seçib. O, 2014-cü ildə"Rubin" (Kazan) klubundan "Beşiktaş"a transfer olunub. Kazan klubu türk futbolçunu 5 milyon avroya satmışdı. Yarımmüdafiəçi bu il "Qara Qartallar" ilə Türkiyə çempionu olub. 

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK