Qadin.NET / Fransada Google şirkəti vergidən yayınır

Fransada Google şirkəti vergidən yayınır

Fransada Google şirkəti vergidən yayınır
Fransa hökuməti "Google" şirkətinə qarşı irəli sürülən ittihamları ləğv etmək niyyətində deyil. Fransanın maliyyə naziri Mişel Sapen bu barədə açıqlama verib. ANS PRESS-in məlumatına görə, Amerikanın texnologiya nəhəngi Fransada fəaliyyətinə görə lazımi məbləğdə vergi verməməkdə ittiham olunur. Maliyyə naziri Mişel Sapen qeyd edib ki, o, qanunların tələbi ilə hərəkət edəcək və "Google" şirkətini maksimum həddə cərimə edəcək.“Problem həll edilənə qədər davam edəcəyik. Ortaya başqa iddialar də çıxa bilər”, - nazir belə deyib.Fransa hökuməti "Google" şirkətindən əməkdaşlığa görə 1.6 milyard avro tələb edir. Şirkət isə, Fransaya 2014-cü ildə cəmi 5 milyon avro ödəniş edib. 2014-cü ildə "Google"un Fransada gəliri isə vergidən 45 dəfə çox - 225.4 milyon olub.

"Google" şirkətinin Fransadakı təmsilçiləri İrlandiyadakı baş qərargahından istifadə etməklə vergidən yayınmağa çalışıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, "Google" əlavə olaraq 10 milyon dollar cərimə ödəməli olacaq.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK