Qadin.NET / Putin Sarkisyanın da qatılacağı iclasa gedir

Putin Sarkisyanın da qatılacağı iclasa gedir

Putin Sarkisyanın da qatılacağı iclasa gedir
Rusiya prezidenti Vladimir Putin sabah Qazaxıstana səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti səfəri çərçivəsinə AstanadaAvrasiya İttifaqının dövlət başçılarının iclasında iştirak edəcək.

İclas zamanı ittifaqa inteqrasiyanın sürətləndirilməsi, qaz, neft və neft məhsullarının ümumi bazarlarının formalaşması ilə bağlı məsələlər müzakirə olunacaq. 

Səfər barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşəcəyi bildirilir. Bundan əvvəl  MDB ölkələrinin dördüncü departamentinin direktoru Aleksey Pavlovski  Ermənistan mətbuatına müsahibəsində demişdi ki, Vladimir Putin Astana səfəri zamanı Ermənistan prezidenti ilə də görüşə bilər.  Astanada planlaşdırılan görüş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən sonra Ermənistan və Rusiya prezidentləri arasında ilk toplantı olacaq. Amma Kremlin yaydığı məlumatda Vladimir Putin və Serj Sarkisyan arasında görüşün olacağı barədə məlumat yoxdur. 

Avrasiya İttifaqının dövlət başçıları səviyyəsində son iclası isə ötən ilin dekabr ayında Moskvada keçirilib.

Həmin vaxt iclasda Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistanprezidentləri və təşkilatın birinci katibi iştirak etmişdi.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK