Qadin.NET / İŞİD Fəllucədən çıxarılır

İŞİD Fəllucədən çıxarılır

İŞİD Fəllucədən çıxarılır
İraq ordusu və yerli şiələrin könüllü silahlı birləşmələri ölkənin qərbində yerləşən Fəllucə şəhərinə daxil olublar.

Ənbar vilayətinin böyüklüyünə görə ikinci şəhəri olan Fəllucə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının əlindədir.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın baş nazir Heydər əl Əbadi mayın 23-də Fəllucənin İŞİD terrorçularından azad edilməsiylə bağlı əməliyyata başladığını bəyan etmişdi.
Şəhərin qərbindəki Hərariyət rayonu artıq İraq hərbçiləri və polisinin nəzarətindədir.
Fəllucədə İŞİD terrorçuları 5 min dinc sakini girov götürərək onlardan "canlı qalxan" qismində yararlanırlar. Şəhərdən çıxmaq istəyən sakinləri terrorçular öldürürlər.

Ənbar vilayətinin inzibati mərkəzi Rəmadi şəhərindən terrorçular ötən ilin sonunda vurulub çıxarılmışdılar.
İraqlı şiələrin könüllü silahlı dəstələrinin koalisiyası olan "Həşid Şəabi"nin döyüşçüləri isə Fəllucə həndəvərində İŞİD terrorçularının qazdıqları tunellər şəbəkəsini aşkarlayıblar.
Ən uzun tunellərdən biri kərpic zavodunun yaxınlığında idi.

Mənbə: Milli.Az

30 may 2016
GO BACK