Məlumata görə, bu gün qatın normadan artıq olacağı proqnozlaşdırılır.
Yaz aylarında belə hava şəraiti nəfəs borusu və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bu xəstəliklərdən əziyyət çəkənlər hələ daha iki gün ehtiyatı əldən verməməlidirlər. Çünki qatı toz-dumanlı hava şəraiti mayın 31-nə qədər davam edəcək.
Milli.Az ANSPRESS-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, havadakı toz dənəcikləri Azərbaycana Ərəbistan çöllərindən gəlir.
"Bunun əsas səbəbi Ərəbistan yarımadasında, xüsusilə Küveyt olmaqla səhralarda baş vermiş burulğanlı küləkdir. Güclü küləklər nəticəsində yuxarı təbəqəyə qalxmış tozdur ki, həmin bu tozlar atmosfer axınları, əsasən də cənub-şərq küləkləri ilə bizim ölkəmizə hakim kəsilib", - deyə hidrometeorologiya mərkəzindən bildirilib.
Mənbə: Milli.Az