Qadin.NET / Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur

Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur

Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məmurlara və hərbi qulluqçulara xarici mobil əlavələr vasitəsilə yazışmaların qadağan olunmasını təklif edib.

Milli.Az Musvat com-a istinadən bildirir ki, məlumatı "Kommersant" yayıb. 

Yazıda deyilir ki, məhdudiyyət, ilk növbədə, Gmail elektron poçtu, eləcə də, WhatsApp, Viber, Skype və Telegram messencerlərinə aid ediləcək. 

Nazirlik təkliflərini prezident Vladimir Putinə yollayıb. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin təklifləri arasında dövlət qurumlarına xarici proqram təminatlarının alınması ilə bağlı məhdudiyyətlərin genişləndirilməsi də var. 

Qeyd edək ki, dövlət qulluqçularının xarici servislərdən istifadəsi məsələsinə hələ 2005-ci ildə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev toxunmuşdu. O bəyan etmişdi ki, hakimiyyət orqanlarının informasiya sistemlərinə kompüter hücumları sistem proqram vasitələrində xarici texniki kəşfiyyatın əlinin olması ilə bağlıdır. 

Mənbə: Milli.Az

30 may 2016
GO BACK