Qadin.NET / "ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"

"ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"

"ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"

Amerika Birləşmiş Ştatları prezidentliyi uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donad Tramp növbəti dəfə mühacir siyasəti ilə bağlı sərt mövqeyini sərgiləyib. ANS PRESS-in məlumatına görə, Tramp Vaşinqtonda keçirilən baykerlərin mitinqdə çıxış edib.Tramp qeyd edib ki, ölkədə vəziyyət elə bir həddə çatıb ki, qanunsuz yaşayan insanlar milli veteranlardan daha çox diqqət və qayğı görürlər. “Biz bunun belə davam etməsinə imkan verməyəcəyik”, - Tramp belə deyib. Namizəd mühacirlərlə bağlı sözlərini əsaslandıra bilməyib.

Veteranlarla bağlı çıxışlarından birində Tramp senator Con Makkeyninünvanına “Mən əsir düşməyən veteranlara daha çox üstünlük verirəm” deməsi tərəflər arasında gərginliyə səbəb olub.

Daşınmaz əmlak maqnatı mühacirlərə qarşı sərt mövqeyi ilə fərqlənir. Tramp seçki kampaniyalarından birində prezident olacağı təqdirdə müsəlmanları Amerikaya buraxmayacağını, həmçinin, Meksika ilə Amerika sərhədlərinə divar çəkdirəcəyini demişdi. Tramp özü heç vaxt hərbi xidmətdə olmayıb.

Tramp prezidentlik uğrunda mübarizəsində, demək olar ki, partiyasının vahid namizədliyini qazanıb. Onunla rəqabət aparan digər respublikaçılar artıq mübarizəni dayandırıblar.Bir neçə gün əvvəl Donald Tramp seçki öncəsi mütəmadi iştirak etdiyi təşviqat mitinqlərindən birində kütləvi etirazlarla qarşılaşıb. Hadisə ABŞ-ın Nyu-Meksika ştatında yerləşən Albukerk şəhərində baş verib.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK