Qadin.NET / İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi

İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi

İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
İran bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına öz vətəndaşlarını göndərmək niyyətində deyil. ANS TV-nin məlumatına görə, bu barədə İran Mədəniyyət Nazirliyi məlumat yayıb. Nazir Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələri aradan qaldırmaq üçün  iki dəfə baş tutan görüşlərin heç biri müsbət nəticələnməyib.

Səudiyyə tərəfi ilə aylardır davam edən danışıqlardan məqsəd zəvvarların təhlükəsizliyinə tam zəmanətin əldə edilməsi idi. Nazir deyib ki, “biz əlimizdən gələn nə vardısa etdik, lakin səudlar razılaşmanı pozdular”.  Tehranın tələbləri arasında Həcc ziyarəti zamanı zəvarları hər 2 ölkənin hava nəqliyyatı daşıması da var. Lakin rəsmi Ər-Riyad İranın milli hava şirkətinin Həcc daşımalarında işrtirak etməsini “qarşılıqlı razılaşdırılmış beynəlxalq təcrübəyə zidd” olduğunu bəyan edir.

Səudiyyə tərəfinin  iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı rəsmi Tehranın təklifini qəbul etmədiyi də açıqlanıb.

2 ölkə arasında qalmaqal ötən il  Həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı 464 iranlı zəvvarın dünyasını dəyişməsindən sonra başlayıb. Hətta  2 müsəlman ölkəsi arasında yaranan diplomatik qalmaqal o həddə çatdı ki, səfirlər geri çağırıldı.

2015-ci ilin sentyabrında ziyarət zamanı Mina vadisində baş verən izdiham nəticəsində  769 nəfər həlak olmuş, 934 nəfər yaralanıb. Rəsmi Tehran iddia edir ki, ötən ilin sentyabrda Mina ərazisində baş vermiş ölümcül sıxlıq Səudiyyə hökumətinin “səriştəsizliyindən” yaranıb.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK