Qadin.NET / Məsuliyyətsiz valideynlər hansı cəzanı alacaq?

Məsuliyyətsiz valideynlər hansı cəzanı alacaq?

Məsuliyyətsiz valideynlər hansı cəzanı alacaq?
ABŞ sakinləri səhlənkarlıq etmiş valideynlərin cəzalandırılmasını istəyir. Onların məsuliyyətsizliyi körpənin həyatını riskə atıb və qorillanın zoopark işçiləri tərəfindən öldürülməsinə gətirib çıxarıb.

Hadisə ötən gün Ohayo ştatının Sinsinnati şəhərində baş verib. ANS PRESS-in "France Press"ə istinadən verdiyi məlumatına görə, zooparkında işçilər 17 yaşlı qorillanı öldürmək məcburiyyətində qalıblar. Bu canlının qəfəsinə 4 yaşlı uşağın düşməsindən sonra baş verib.

Uşaq iməkləyərək qorillanın qəfəsinə düşüb, bu zaman erkək cinsli Harambe adlı qorilla uşağı qucağına götürüb və qəfəsdə gəzdirməyə başlayıb. Bir neçə yerli mənbə iddia edir ki, qorilla heç də xoş niyyətli görsənməyib, onun hərəkətləri aqressiv olub. Qorillanın əlinə düşən 4 yaşlı oğlan uşağı bu zaman qışqıraraq ağlayıb.Bütün bunlar 10 dəqiqə davam edib, daha sonra zoopark işçiləri meymunu öldürüb. İnsidentdən təsirlənən sakinlər uşağın valideynlərinin cəzalandırılmasını tələb edib. Bunun üçün minlərlə Birləşmiş Ştatlar vətəndaşı petisiya imzalayıb. Onların bildirib ki, Harambe adlı qorillanın qətlə yetirilməsində valideynlər günahkardır.

Ata və ananın məsuliyyətsiz davranışları heyvanın ölümünə səbəb olub. Petisiyanın həm də 3 yaşlı körpəni və onun qardaşlarını gələcəkdə yarana biləcək təhlükələrdən qorumaq məqsədilə toplandığı bildirilib.

Mənbə: ANS PRESS

30 may 2016
GO BACK