Qadin.NET / "Bura Odlar Yurdudur" - "Euronews" Bakını çəkib göstərdi

"Bura Odlar Yurdudur" - "Euronews" Bakını çəkib göstərdi

"Bura Odlar Yurdudur" - "Euronews" Bakını çəkib göstərdi
Məşhur "Euronews" telekanalında yayımlanan "Postcards" (Açıqcalar) verilişi ilk buraxılışını Azərbaycana həsr edib.  

Milli.Az ANSPRESS-ə istinadən bildirir ki, verilişin rubrikalarından birində müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələri barədə avropalılara söhbət açılıb. 

1 dəqiqə 20 saniyəlik süjetdə "Euronews"un müxbiri Simus Kerni Bakını bu sözlərlə tərənnüm edib: "Verilişimiz səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır. Bakı buxtasından və qədim İçərişəhərdən görünən Alov Qülləri regionun ən hündür tikilisidir. Bina 2013-cü ildə istismara verilib. 38 mərtəbəli binada otel, mənzillər və ofislər yerləşir. Günəş batan kimi 10 mindən artıq LED işıqlar binanın üzərində möhtəşəm şou nümayiş etdirir. Bu qüllələr artıq dünyada tanınır".

Simus Kerni Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən ağız dolusu danışıb. "Bura Odlar Yurdudur. Yerin altından çıxan qazın alovu ətrafa işıq saçır". 

"Euronews"da bundan əvvəl Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı reportaj yayımlanıb.

Telekanal Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə keçirilən festival barədə kadrlar nümayiş edilib. Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə "Euronews" müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.

 

Mənbə: Milli.Az

 

28 may 2016
GO BACK