Milli.Az FİNS.Az-a istinadən bildirir ki, bu barədə yerli banklardan deyilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bir neçə gün əvvəl təsdiqlədiyi qaydalara əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsində iki göstərici nəzərə alınacaq. Bunlardan biri borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti, digəri isə borcalanan gəlirləri ilə borc yükü arasındakı fərqdir.
Maaşı 410 manatdan artıq olanlar üçün 50% qaydası Qaydalara görə, kredit verilərkən ölkə üzrə yaşayış minimumu da nəzərə alınacaq. Belə ki, xalis (yəni vergilər çıxılandan sonra) gəliri yaşayış minimumunun 3 mislindən artıq olanlara kredit o şərtlərlə veriləcək ki, onların kredit üzrə aylıq ödənişi gəlirlərinin 50%-dən artıq olmasın. Qeyd edək ki, yaşayış minimumu 136 manat, onun 3 misli isə 408 manatdır. Başqa sözlə, gəlirləri 408 manatdan artıq olanların kreit üzrə aylıq ödənişləri bu məbləğin 50%-dən artıq olmamalıdır. Tutaq ki, gəlirləri 600 manat olan şəxs kredit üçün müraciət edirsə. Kredit ona elə şərrtlərlə verilir ki, onun aylıq ödənişi 300 manatdan artıq olmasın.
Aşağı maaşlılar üçün 40% qaydası Amma bu qaydanın açıqlanması ictimaiyyədə, hətta bəzi mütəxəssislərdə də elə təsəvvür yaradıb ki, gəliri 410 manatdan aşağı olanlara kredit verilməyəcək. Halbuki, bu fikir doğru deyil - yeni qaydalara görə, gəlirləri 410 manatdan aşağı olanlar da kredit ala biləcəklər. Sadəcə, onlara kreditlər fərqli şərtlərlə veriləcək. Belə ki, qaydalara görə, belələrinin kredit üzrə aylıq ödənişləri gəlirlərinin 40%-dən artıq olmamalıdır. Tutaq ki, gəliri 350 manat olan şəxs kredit üçün müraciət edib. Yeni qaydalara görə, banklar ona krediti elə şərtlərlə verəcəklər ki, onun aylıq ödənişi 140 manatı (350 manatın 40%-ni) keçməsmin. Bu, o məqsədlə edilib ki, az gəlirli vətəndaşlar kreditlərlə həddən artıq yüklənməsinlər.
Yaşayış üçün xərclər də nəzərə alınacaq. Amma bu qaydanın tətbiqində də bəzi çərçivələr var. Belə ki, həmin qaydaara görə, borcalanın və ya birgə borcalanların gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olmalıdır. Kredit elə şərtlərlə verilməlidir ki, kreit götürən şəxs və ya onun himayəsində olan şəxslərin minimum yaşayışı üçün məbləğ qalsın.
Misallarla izahat
Misal 1: Məsələn himayəsində özü ilə birlikdə 3 nəfər olan və gəliri 600 manat təşkil edən şəxs kredit üçün banka müraciət edir. Qaydalara görə, onun aylıq kredit ödənişləri gəlirinin 50%-dən artıq olmamalıdır - yəni 300 manat. Amma bu, o demək deyil ki, həmin şəxs aylıq 300 manat ödənişlə kredit ala biləcək. Himəyəsində olanların və özünün dolanışığı üçün tələb olunan minimum məbləği, yəni adambaşına 136 manatı nəzərə alsaq, bu ailənin dolunması üçün 408 manat tələb olunur. Deməli, bu şəxsin sərbəst vəsaiti cəmi 192 manat qalır və kreditinin aylıq ödənişi də bu məbləği keçməməlidir.
Misal 2: Tutaq ki, aylıq xalis gəliri 200 manat olan şəxs banka kredit üçün müraciət edir. Maaşı 408 manatdan aşağı olduğuna görə, qaydalara əsasən, onun kreit üzrə aylıq ödənişi maaşının 40%-dan artıq olmamalıdır. Maaşın 40%-i 80 manatdır. Amma bu, o demək deyil ki, bank ona aylıq 80 manatla kredit ayıracaq. Əvvəlcə, həmin şəxsin gəlirlərindən yaşayış minimumu (136 manat) çıxılacaq. Bu şəxsin sərbəst vəsaiti cəmi 64 manat qalır və ona kredit də elə şərtlərlə veriləcək ki, aylıq ödənişi 64 manatı keçməsin.
Mənbə: Milli.Az