Bununla bağlı olaraq paytaxt Əmmandakı Rəqadan Sarayında kral 2-ci Abdalla təntənəli qəbul təşkil edib.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, təntənəli qəbula 54 yaşlı kralın xanımı, 45 yaşlı kraliça Raniyə əl Abdalla astarı üzünə çevrilmiş təsir bağışlayan geyimdə qatılıb.
Geyim İordaniya və Fələstin moda brendi olan "Hama"nın əsəridir.
Rəsmi qəbulda kral və kraliça ilə yanaşı, onların övladlarından üçü də iştirak edib.
Kral 2-ci Abdalla və kraliça Raniya 21 yaşlı şahzadə Hüseyn, 22 yaşlı şahzadə İman, 16 yaşlı şahzadə Səlma və 11 yaşlı şahzadə Həşimin valideynləridir.
Dünənki qəbulda şahzadə İman iştirak etmirdi.
Mənbə: Milli.Az