Qadin.NET / Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"

Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"

Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
"Azərbaycan "dördgünlük müharibə"də ordusunun əsas qüvvələrini işə salmadı. Bunu unutmaq olmaz. Mən demirəm ki, biz qorxmalıyıq. Ancaq nəzərə almalıyıq ki, Ermənistan irimiqyaslı müharibəyə cəlb edilə bilər. Biz dərindən götür-qoy eləməliyik. Bunun nəticələrini dərindən düşünməliyik". 

Milli.Az Baku.vs-ə istinadən bildirir ki, bunu Ermənistan Parlamentinin deputatı Vardan Xaçatryan prezident Serj Sarkisyanın aprel döyüşlərində işğal edilmiş 800 hektar ərazinin itirilməsi açıqlamasına münasibət bildirərkən deyib. "Biz dərindən fikirləşməliyik ki, Ermənistanı nə gözləyə bilər. Nə qazanacağımızı və nə itirəcəyimizi hesablayıb bundan sonra addım atmalıyıq", - deyə erməni deputat bildirib.
 
O, həmçinin vurğulayıb ki, Rusiya Qarabağda müharibənin alovlanmasında maraqlı deyil. Deputat Cənubi Qafqazı Rusiya üçün "Axilles dabanı" adlandıraraq rəsmi Moskvanın bu regionda hər şeyin bundan sonra da onun nəzarəti altında qalmasını planlaşdırdığını deyib. 

Mənbə: Milli.Az

 

27 may 2016
GO BACK