Qadin.NET / "Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi

"Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi

"Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi
Rusiyaya qarşı sanksiyalar Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə qalacaq və zərurət yaranacağı təqdirdə gücləndirilə bilər.

ANS PRESS-in məlumatına görə, bu haqda "Böyük yeddiliy"in Yaponiyada keçirilən sammitinin yekununda qəbul olunan birgə bəyannamədə deyilir.

Sənəddə deyilir ki, Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılması tamamilə Moskvanın Minsk sazişlərinin tam implementasiyası və Ukraynanın suverenliyinə hörmət edilməsinə dair hərəkətləri ilə bağlıdır. Sanksiyalar Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə ləğv oluna bilər. Bununla yanaşı əgər Rusiyanın hərəkətləri tələb edərsə, gələcəkdə də məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər.

Eyni zamanda qeyd olunur ki, "yeddilik" liderləri Ukrayna böhranının həlli üçün Moskva ilə dialoqun saxlanılmasının mühüm olduğunu vurğulayıb.

Mənbə: ANS PRESS

27 may 2016
GO BACK