Milli.Az Azvision.Az-a istinadən bildirir ki, artıq bir neçə marşrut avtobusunda kameraları görmək mümkündür.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sayta bildirib ki, bəzi avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır.
""Baku Bus" öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib"-deyə Nuridə Allahyarova bildirib.
Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq "Qaraçuxur" istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.
Mənbə: Milli.Az