Qadin.NET / Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir

Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir

Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
Rusiyanın baş hərbi prokuroru Sergey Fridinski Suriya sərhədində vurulan pilot Oleq Peşkovun ölümündə Türkiyədən hüquqi yardım istəyəcəklərini deyib.

Milli.Az Modern.Az-a istinadən bildirir ki, Rusiya tərəfi hadisənin təfərrüatlarını və pilotun havada atəşə tutularaq öldürüldüyünə görə məsuliyyət daşıdığı bildirilən Alparslan Çelikin ifadələrini istəyir. 
"Türkiyə hüquq-mühafizə orqanlarına Peşkovun ölüm epizodu ilə bağlı yardım üçün müraciət edəcəyik. Düşünürəm ki, bundan sonra hər şey yerinə düşəcək" - deyə baş hərbi prokuror Fridniski deyib.  

 

Mənbə: Milli.Az

26 may 2016
GO BACK