Bunu Milli.Az-a açıqlamasında "Qarabağ" komandasının ölkə çempionluğundan sonra Azərbaycan Kubokuna da sahib olaraq "qızıl dubl" etməsinə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın I vitse-prezidenti Rauf Əliyevdeyib. Onun sözlərinə görə, bu komandanın ölkəmizi təbliğ etmək baxımından böyük işlər gördüyünü qeyd edib:
""Qarabağ" öz tarixində artıq 4-cü dəfə ölkə kubokunu əldə etdi. Bu il "Qarabağ" eyni zamanda 2-ci dəfə "qızıl dubl" edərək ölkə çempionluğunu da qazanıb. Bu uğurlara görə klub rəhbərliyini, məşqçi heyətini, komandanın bütün üzvlərini təbrik edir, onlara növbəti mövsümdə ölkə çempionatında, Avropa Çempionlar Liqasındakı yarışlarda uğurlar diləyirəm. "Qarabağ" klubu təkcə futbolla deyil, eyni zamanda bu adla Qarabağı, Azərbaycanı Avropada, eləcə də bütün dünyada tanıtmaq, təbliğ etmək sahəsində böyük işlər görür. Çempionlar Liqası və Avropa Liqası yarışlarında "Qarabağ"ın göstərdiyi əzmkar, yüksək səviyyəli oyunlar çoxmilyonlu Azərbaycan azərkeşlərini həmişə sevindirib və qürurlandırıb. İnanıram ki, bu komanda növbəti mövsümdə də Azərbaycanı, Qarabağ adını yüksək səviyyədə təmsil edəcək və yarışlarda uğurlar qazanacaq".
Mənbə: Milli.Az