Milli.Az Ölkə.Az-a istinadən bildirir ki, ABŞ müdafiə nazirinin müavini Frank Kendall Türkiyəni məyus edib.
Kendall verdiyi açıqlamada müasir F-35 qırıcı-bombardmançı təyyarələrinin sınaq uçuşlarının keçirilməsi müddətinin 2018-ci ilə qədər uzadılacağını bildirib.
Xatırladırıq ki, dünyada analoqu olmayan F-35 təyyarələri ABŞ-da Türkiyənin də daxil olduğu 9 ölkənin ortaq qurduğu konsorsium tərəfindən istehsal edilib. Təyyarənin ilk sınağının 2017-ci ildə keçiriləcəyi planlaşdırılırdı.
Türkiyə F-35 təyyarələrinə ABŞ-dan sonra malik olacaq ikinci ölkə olmalı idi.
Mənbə: Milli.Az