Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.
Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.
Mənbə: Milli.Az