Qadin.NET / "Orta məktəb şagirdləri dərslikləri başa düşmürlər"

"Orta məktəb şagirdləri dərslikləri başa düşmürlər"

"Orta məktəb şagirdləri dərslikləri başa düşmürlər"
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoyludeyib.

M.Nağısoylu buna misal olaraq bildirib ki, 5-ci sinif dərslikləri akademik səviyyədə yazılıb: "Orta məktəb şagirdləri də onu başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq, deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır".

M.Nağısoylu deyib ki, Dilçilik İnstitutunun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərin hazırlanmasında iştirak edirlər. Ancaq hesab edirəm ki, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.

M.Nağısoylu qeyd edib ki, küçələrdəki afişalarda və obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir.

Onun sözlərinə görə, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".

Mənbə: Milli.Az

 

25 may 2016
GO BACK