Qadin.NET / Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

 

Putin İlham Əliyevə məktub göndərdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib. ANS PRESS-in məlumatına görə, Putin həmkarını Respublika günü münasibəti ilə təbrik edib. 

 

"Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir.

Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur".

Rusiya prezidenti həmkarına möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinə isə sülh və firavanlıq diləyib. 

Mənbə: ANS PRESS

25 may 2016
GO BACK