Türkiyənin yeni baş naziri Binali Yıldırım Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. ANS PRESS-in məlumatına görə, o, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən deyib ki, münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcək.“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.
O, Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də bəhs edib. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini deyib. "Həmçinin tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.
Baş nazir ötən gün də Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi. Binali Yıldırım mayın 20-də Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının iclasında Türkiyənin yeni baş naziri seçilib. Bundan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib.
Yıldırım ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonrayeni hökumətin tərkibini elan edib.
Mənbə: ANS PRESS