Qadin.NET / Bred Pitt balaca qızı xilas etdi

Bred Pitt balaca qızı xilas etdi

Bred Pitt balaca qızı xilas etdi
Məşhur hollivud ulduzu Bred Pit filminin çəkilişi zamanı çıxılmaz vəziyyətə düşüb. ANS PRESS-in məlumatına görə, aktyor onu görmək üçün toplaşmış pərəstişkarların arasında əzilən balaca qızı öz mühafizəçilərinin köməyi ilə xilas edib.

Hadisə İspaniyanın Qran Kanariya küçəsində "Beş saniyəlik sükut" filminin küçə səhnəsinin çəkilişləri zamanı qeydə alınıb. Dünya şöhrətli aktyor onu görmək üçün toplaşmış insanları salamlamağa yaxınlaşanda, kütlə arasında çəpərə sıxılmış bir qız görür. Balaca qızın halının kütlə arasında qalaraq, pisləşdiyini görən Pit onu dərhal mühafizəçilərinin köməyi ilə çəpərin digər tərəfinə keçirir.

Bred Pit qızın halının yaxşı olduğunu və anasının yanına qayıtdığını gördükdən sonra öz işinə qayıdır.Bred Pit məşhur Amerika kinoaktyoru və prodüserdir.  O, bir çox filmlərdə rol alıb. Pit məşhur Hollivud ulduzu Ancelina Coli ilə evlidir. Bu cütlüyün 6 övladı var, onlardan yalnız 3-ü doğmadır, 3-ü isə övladlıqdır. 

Mənbə: ANS PRESS

25 may 2016
GO BACK