Qadin.NET / ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı

ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı

ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı
ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. 

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir."ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resursların tədarükçüsü kimi mühüm rol oynayır, və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir", - deyə Con Kerrinin təbrikində bildirilir.

Mənbə: ANS PRESS

25 may 2016
GO BACK