Qadin.NET / Facebook-da YENİLİK

Facebook-da YENİLİK

Facebook-da YENİLİK
Hazırda dünya miqyasında ən çox ziyarət olunan sosial media saytı facebook yeni canlı yayın videosu özəlliyi barədə məlumat verib.

Milli.Az Musavat.com-a istinadən bildirir ki, sosial şəbəkədə artıq 24 saat canlı yayın aparıla bilər. Dünya miqyasında 1.59 milyard nəfər istifadəçisi olan facebook canlı yayım videosu servisinə yeni bir özəllik əlavə olunduğunu açıqlayıb. İstifadəçilər bundan sonra 24 saat fasiləsiz olaraq canlı yayın edə biləcəklər. Facebook canlı yayın videosu hazırlayan şəxsin videosunun bitdiyi andan etibarən qalıcı olaraq sosial şəbəkədə qeyd edilir, saatlar sonra belə istifadəçilər tərəfindən izlənilə bilir. Bundan başqa, canlı yayın zamanı video ekranı üzərində istifadəçilərin öz fikirlərini bildirməsinə, etirazlarını göndərməsini yasaqlayan özəllik də inkişaf etdiriləcək.

Yeni sistemin bütün özəllikləri ən yaxın zamanda istifadəçilərə təqdim olunacaq.

Mənbə: Milli.Az

 

25 may 2016
GO BACK