Milli.Az Trend-ə istinadən bildirir ki, FIDE prezidenti əlavə edib ki, Bakı Şahmat Olimpiadasında iştirak etmək üçün rekord sayda ölkə qeydiyyatdan keçib: "Bu günədək 180 ölkə iştirak ərizəsini təqdim edib və ümid edirəm ki, yekunda olimpiadada bütün 187 ölkənin nümayəndələri iştirak edəcəklər. Qeyd etmək istəyirəm ki, Şahmat Olimpiadası ölkə və iştirakçı sayına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır".
Mənbə: Milli.Az